Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Narkotik və silaha görə 22 nəfər saxlanıb

Altı Balkan ölkəsinin polisi 22 nəfəri saxlayıb və xeyli sayda silah, narkotik maddə ələ keçirib.

Interpol aprelin 25-də bildirib ki, beynəlxalq qaçaqçılıq şəbəkəsinə qarşı koordinasiya olunmuş əməliyyat aparılıb.

Qaçaqçılar Balkanlar vasitəsilə Qərbi Avropaya silah, narkotik maddə daşıyırlar. Ötən ilin noyabrında Paris hücumlarında istifadə olunan silahların bəziləri isə Balkanlarda hazırlanıb.

Əməliyyatın aprelin 17-dən 19-dək Bosniya, Xorvatiya, Makedoniya, Monteneqro, Sloveniya və Serbiyada aparıldığı bildirilir.

Polis xeyli sayda tapança, əl qumbarası, partlayıcı maddələr, nağd pul, qızıl, maşın və narkotik maddə müsadirə edib.

Saxlananların milliyyəti açıqlanmır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

İran ABŞ-ı məhkəməylə hədələyir

%d bloqqer bunu bəyənir: