Loading...
Loading...

Narkoticarətdə ittiham olunan qadınların məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1980-ci il təvəllüdlü Günel İsayeva, 1965-ci il təvəllüdlü Arifə Məmmədova, 1981-ci il təvəllüdlü İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq icalsı keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 20-ə təyin edilib.

Qeyd edək ki, bu il Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 0,74 qram heroin götürülüb.

Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.

A.Məmmədova da tutulub, ondan 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Eldar Mahmudovun əlində 2800-dən çox seks videoları var…”

%d bloqqer bunu bəyənir: