Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nardaranda ağır qəza

Bakıda ağır yol qəzası baş verib.

Mayın 8-də saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi “Daewoo” və Əlisəttar Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və Ə.Mirzəyevin 3 sərnişini, habelə R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada ölüb.

24saat.org bildirir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb,

Məlumatda o da bildirilir ki, faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

24 yaşlı oğlanı qız üstündə yandırıblar?

%d bloqqer bunu bəyənir: