Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Nardaran məhbusu: İşgəncələr İlham Əliyevin göstərişi ilə olub

Təqsirləndirilən Abbas Hüseynov məhkəməyə nazir Ramil Usubovun gətirilməsini tələb edib

“”Bandotdel”də işgəncə verəndə, deyirdilər rəhbərliyin xəbəri var. Bunlar İlham Əliyevin göstərişi ilə olub”- bu sözləri 18 avqustda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan “Nardaran işi” üzrə prosesdə təqsirləndirilən Abbas Hüseynov deyib.

O, vəsatətlə çıxış edərək daxili işlər naziri Ramil Usubovun məhkəməyə gətirilməsini istəyib.

“Ramil Usubov gəlib ifadə versin, görək o silahlar kimin idi bizə təhkim etmişdilər”.

Hakim bildirib ki, vəkillərin çoxu məhkəmədə iştirak etmədiyindən vəsatəti müzakirə etmək mümkün deyil. Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov şahid və zərərçəkmiş kimi ifadə verib. Bildirib ki, hadisə günü idarədə Kərim Əlimərdanovun rəhbərliyi ilə iclas keçirilib və orada əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə vaxtı saxlanılan şəxslərə qarşı təzyiq olmadığını, Taleh Bağırovu özünün tutduğunu, onun müqavimət göstərmədiyini deyib.

E. Bayramov hər hansı zərər çəkmədiyini də bildirib. Taleh Bağırzadə da həmin şəxs tərəfindən təzyiqə məruz qalmadığını deyib. Bildirib ki, hakimiyyəti çıxışlarında tənqid edib: “Demişəm ki sizi qanımızla boğarıq. Bu mənim çıxışlarımda var. Yəni nə qədər öldürsəniz də, təslim olmayacayıq. Hakimiyyəti Yezid, zülümkar adlandırmışam. Öz hüququmdan istifadə edib tənqid etmişəm. Deyirsiniz, Taleh Nardaranda gizlənmişdi. Mən gizlənsəydim, hər gün məsciddə çıxış etməzdim”.

Məhkəmədə çıxış edən təqsirləndirilən Rasim Cəbrayılov və Abbas Quliyev isə Elman Bayramovun onlara işgəncə verdiyini deyib. Məhkəmə fasilədən sonra davam edəcək.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

19 beynəlxalq təşkilat hamiyyətdən represiyaları dayandırmağı tələb etdi

%d bloqqer bunu bəyənir: