Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

«Nardaran işi» ilə bağlı məhkəmədə gərginlik

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilmiş Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İdarəsinin (BMCMİ) əməkdaşı Ceyhun İmamverdiyev bildirib ki, idarəyə Taleh Bağırovun silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirməsi, Nardaran qəsəbəsində tərəfdaşları ilə görüşlər keçirməsi haqqında daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Onun sözlərinə görə, T.Bağırovun olduğu evin həyətinə iki polis əməkdaşı daxil olan zaman qumbara atılıb. “Polis yoldaşlarımız yaralanıb. “Xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf atəş açmaqda davam edirdi. Uca səslə danışan adamlar atəşi dayandırmamaq barədə göstəriş verikdilər. “Mən həyətə girəndə iki nəfər əllərində qumbara hasardan tullanıb qaçdılar. Mən evdə əlində xəncər olan bir nəfəri saxladım. Sonradan onun Etibar İsmayılov olduğunu müəyyən etdik”. Polis əməkdaşının sözlərinə görə, baxış keçirilən zaman həyətdən “Molotov” kokteylləri, tikilidə isə silahlar aşkar edilib. C.İmamverdiyev əlavə edib ki, yaralanan şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparıldılar”.
Daha sonra o, prokurorun və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, əməliyyatda başqa güc strukturları iştirak etməyiblər. Vəkil Yalçın İmanovun sualına cavab olaraq əməliyyat zamanı 7 güllə atdığını, ilk 2 güllənin xəbərdarlıq atəşi üçün istifadə edildiyini, beş gülləni isə atəş gələn tərəfə atdığını deyib və hədəfi görmədiyini vurğulayıb. O, güllələrin kiməsə dəyməsindən məlumatsız olduğunu bildirib. Təqsirləndirilən Etibar İsmayılovun üzərində olan xəsarətlərin yaranması ilə bağlı suala cavab olaraq isə C.İmamverdiyev bildirib ki, müqavimət göstərdiyi üçün onu zərərsizləşdirlərək yerə yıxıb. Xəsarətin də yerə yıxılan zaman yarandığını ehtimal etdiyini bildirib.
Təqsirləndirilən Etibar İsmayılov isə onu həbs edən şəxsin Ceyhun İmamverdiyev olmadığını, onu idarədə (BMCMİ) gördüyünü deyib. Əməliyyat müvəkkili isə təqsirləndirilən şəxsin yalan danışdığını söyləyib. Bu, tərəflər arasında  gərginliyə səbəb olub.
Təqsirləndirilən Etibar İsmayılov isə saxlanılan zaman üzərində silah olmadığını, həm saxlanılan zaman, həm də idarədə fiziki təzyiqlərə məruz qaldığını ddeyib.
C.İmamverdiyev vəkillərin “Hansı zərəri çəkmisiniz” sualına cavab olaraq bildirib ki, ona güllə dəysə də, qoruyucu jilet olduğundan xəsarət almayıb. “Bizə atəş açılıb, müqavimət göstərilib, iki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?”
Təqsirləndirilən şəxslərdən, hadisə zamanı güllə yarası alan  Şamil Abduləliyev onun dediklərini təkzib edərək, xəstəxanaya təcili tibbi yardım maşınında deyil, kənd sakinləri tərəfindən aparıldığını deyib. Vəkillər bildirib ki, bununla bağlı rəsmi sənəd də var. C.İmamverdiyev isə həqiqəti söylədiyini, bu haqda suala cavab verdiyini deyib.
C. İmamveriyevin hasardan əlində qumbara tullanıb qaçan şəxslərdən birinin Zakir Mustafayev olduğunu iddia etsə də, təqsirləndirilən Z. Mustafayev bunun doğru olmadığını deyərək qeyd edib ki, o, evin içində qalıb.
Nahar fasiləsindən sonra hakim bildirib ki, hər dəfə xəbərdarlıq edilməsinə baxmayaraq vəkillərin çoxu iclasda iştirak etmir. Buna görə, hakim iclas sentyabrın 1-də davam edəcək.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
Hazırda baxılan cinayət işində isə təqsirləndirilənlərə qarşı qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə, gəzdirmə və digər maddələrlə ittiham irəli sürülüb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Facebook sosial şəbəkəsində yazdığı statuslara görə, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Milli Şura mitinq təyin etdi

%d bloqqer bunu bəyənir: