Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nardaran hadisələrinə görə həbs olunan şəxs apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs olunan Ələkbər Qurbanovun apellyasiya şikayətinə baxılacaq.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, iş hakim Camal Ramazanovun icraatındadır. İlkin baxış iclası sabaha təyinedilib.

Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı 2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən Ə.Qurbanov də saxlanılaraq istintaqa təqdim edilib.

Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Cəlilabad: İşıq müdiri haqda şok- Müraciət

%d bloqqer bunu bəyənir: