Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Nardaran dustağı” mitinqə çağırışa görə “karsa” salınıb

Nardaran hadisələri zamanı həbs edilən və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov sentyabrın 16-dan Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb.

Buna səbəb onun Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinqə xalqın qatılması üçün çağırış etməsi olub. “Azadlıq”a daxil olan məlumata görə, Abbas Hüseynovun xalqa müraciəti mətbuatda dərc edildikdən sonra Bakı İstintaq Təcridxanasının əməkdaşları onun kamerasına gələrək yoxlama aparıblar. Həmçinin Penitensiar Xidmətin əməliyyat idarəsinin rəisi Mirsaleh Seyidov da Təcridxanaya gəlib. Onlar əvvəlcə A. Hüseynovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel) aparmaq istələr də, sonradan fikirlərini dəyişiblər və A. Hüseynov cərimə kamerasına salınıb. Rəsmi səbəb kimi guya A. Hüseynovun kamerasında yoxlama apararkən onun yoxlama aparan şəxslərə maneçilik törətməsi göstərilib. Qanunvericiliyin tələblərinə zidd olaraq, ona cərimə kamerasına salınması barədə qərarın surəti təqdim edilməyib. Buna görə də A. Hüseynov hansı müddətə cərimə kamerasına salınmasından xəbərsiz qalıb, ona bu barədə heç bir məlumat bildirilməyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Bu gün Azərbaycan dəlixanalarında özünü Mehdi sayan şizofrenik yatır”

%d bloqqer bunu bəyənir: