Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nardaran ağsaqqalının ev dustaqlığının müddəti uzadıldı

Bu gün Səbail Rayon Məhkəməsində Natiq Kərimovla bağlı məhkəmə prosesi keçirilib.

Prosesdə istintaq orqanı tərəfindən N.Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin yenidən uzadılması barədə verilən təqdimata baxılıb.
Bu barədə Trend-ə N.Kərimov özü məlumat verib.
Onun sözlərinə görə, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib və N.Kərimov barəsində seçilmiş ev dustaqlığının müddəti 4 ay artırılıb.
Qeyd edək ki, ittihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq bu il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
May ayınının 1-də N. Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 3 ay artırılmışdı və onun qətimkan tədbirinin müddəti avqustun 1-də başa çatmalı idi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanın baş pediatrı valideynlərə xəbərdarlıq edib

%d bloqqer bunu bəyənir: