Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nanə yağının müalicəvi xüsusiyyətləri – RESEPTLƏR

Nanə və nanə yağı qədim zamanlardan müalicə üçün istifadə olunur. Dahi Hippokrat, Parasels və Avisenna öz elmi əsərlərində nanənin müalicəvi xüsusiyyətlərini təsvir etmişlər.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, müasir tibdə də nanə yağının müalicəvi xüsusiyyətləri çox geniş istifadə olunur. Nanə yağı “validol”, “valokordin”, “korvalol” kimi tanınmış preparatların tərkibinə daxildir.

Nanə yağının müalicəvi xüsusiyyətləri arasında:
– Baş ağrılarını müalicə edir. Nanə yağının bir neçə damcısını alnınıza və gicgahlara sürtün və uzanın. Baş ağrısı tez bir zamanda azalacaq.
– Nanə yağının qoxusu sinir sistemini sakitləşdirir, qorxular, stress, sinir gərginliyi zamanı yaxşı kömək edir. Stress zamanı nanə yağı əlavə olunmuş vannaları qəbul edin. 6 damçı nanə yağı 1/2 stəkan süddə qarışdırılır və ilıq vannaya əlavə olunur. Bu vannaları 10 gün ərzində hər axşam qəbul edin.
– Nanə yağı ürək-damar sisteminə çox müsbət təsir edir – damarları genişləndirir, ürək ritmini tənzimləyir. Ürək xəstəlikləri zamanı 1 damcı nanə yağı əlavə olunmuş çay çox yaxşı müalicəvi təsir edir.
– Nanə yağı mədə-bağırsaq sistemi üçün də çox faydalıdır – spazmları və ağrıları azaldır. Nanə yağının qoxusu ürəkbulanmanı azaldır.
– Öskürək, bronxit, zökəm zamanı nanə yağı ilə inhalyasiyalar çox yaxşı təsir edir – mikrobları öldürür, nəfəs yollarını genişləndirir, selikdən təmizləyir. İsti suya (qaynar olmamalıdır) 3-4 damcı nanə yağı əlavə edin və bu suyun buxarından nəfəs alın.
– Əzələ və oynaq ağrıları zamanı nanə yağı ilə massaj edin. 1 x.q. istənilən bitki yağına (qarğıdalı, zeytun və s.) 6 damcı nanə yağı əlavə olunur, qarışdırılır və massaj üçün istifadə olunur. Belə massaj ağrıları azaldır.
– Diş ağrısı zamanı pambığa bir neçə damcı nanə yağı tökün və ağrıyan dişin üzərinə qoyub saxlayın.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Astroloji proqnoz – 12 iyul

%d bloqqer bunu bəyənir: