Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Namizəd Səfərov: “Zakir Qaralovun indi hərəkətə keçməsi daha çox gözdən pərdə asmağa bənzəyir”

“Post-sovet məkanında azərbaycanlıların qətlə yetirilməsi 20 ildir ki, davam edir”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Ukraynanın baş prokuroruna müraciət edərək Ukraynada öldürülən və oğurlanan azərbaycanlı iş adamları ilə bağlı cinayətlərin obyektiv araşdırılacağına, bu cinayətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb ediləcyinə ümidini ifadə edib.
Maraqlıdır, uzun müddətdir ki, gündəmdə olan məllum problemlə bağlı Azərbaycan dövlətinin gec də olsa rəsmi mövqe ortaya qoyması təqdirəlayiq bir hal hesab edilə bilərmi?
24saat.org-a açıqlama verən Namizəd Səfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələ çoxdan gündəlikdə olan bir məsələdir. Post-sovet ölkələrində azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı çoxlu sayda faktlar mövcuddur. Bu qətillərlə bağlı həmin şəxslərin yaxın qohumları illərdir ki, Azərbaycanın Baş Prokurorluğuna müraciət edirlər. Onların bəzisi bu qətillərdə Azərbaycan hakimiyyətində təmsil olunan bəzi şəxslərin iştirak etdiyi göstərən sübutlar təqdim edirlər. Ukrayna Baş Prokurorluğu bu halların istintaqını apararaq Azərbaycan Baş Prokurorluğuna məktublar ünvanlayıb. Bu qətillərdə iştirak edən hakimiyyət təmsilçiləri ilə bağlı məlumatlar verib. Onların Ukraynaya verilməsi, cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub.
İndiki halda Zakir Qaralovun Ukrayna baş prokuroruna ünvanladığı müraciət gözdən pərdə asmaq təəssüratı yaradır. Çünki az qala 20 ildir ki, gündəmdə olan bir məsələ ilə bağlı indi müraciətin ünvanlanması məntiqli görünmür. Bu müraciət qeyri-ciddi təsir yaradır”.

Seymur Əliyev
24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmamasının əsl səbəbi məlum oldu

%d bloqqer bunu bəyənir: