24 saat

Nalbəndyan Tehranda erməniləri başına yığdı – FOTO


İyunun 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İrana səfəri çərçivəsində Tehrandakı “Ararat” idman və mədəniyyət kompleksində erməni icmasının nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, İrana səfərindən məmnunluq ifadə edən E.Nalbəndyan Tehranda yaşayan ermənilər arasında olmağın ona ikiqat sevinc bəxş etdiyini vurğulayıb, aprelin əvvəlindəki dörd günlük müharibə və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat verib.

Olduqca səmimi atmosferdə keçən görüşdə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan və səfirliyin əməkdaşları, İslam Şurası Məclisinin erməni əsilli deputatları Karen Xanlaryan, Gevorg Abramyan, Tehran və Şimal erməni yeparxiyasının rəhbərinin müavini Bişop Makar Aşqaryan ilə yanaşı Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Levon Caqaryan da iştirak edib.

Eyni zamanda, “Ararat” və “Maştos” futbol komandalarının oyunçuları da dəvət edilənlər arasında olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: