Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nadejda Savçenko Ukraynaya qaytarıla bilər

Rusiya məhkəməsi ukraynalı pilot qadın Nadejda Savçenkonun cəza müddətini vətənində çəkə bilmək məsələsini həll edəcək. Bu barədə məlumatı Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

«Ukrayna tərəfi Rusiyaya N.V.Savçenkonun təhvil verilməsinə razılığını bildirməlidir. Bundan əlavə, Ukrayna qanunvericiliyinə uyğun olaraq, Rusiya məhkəməsinin bu şəxs haqqında məhrumetmə qərarının yerinə yetirilməsi barədə qərar çıxarılmalı, bu qərar qüvvəyə minməli və rus dilinə tərcümə olunaraq, təqdim edilməlidir», – mətbuat xidmətinin məlumatında belə deyilir.

Bir qədər öncə Savçenkonun vəkili İlya Novikov bildirmişdi ki, onun müvəkkili yaxın 1 ay ərzində vətəninə təhvil verilə bilər. Onun fikrincə, Rusiya tərəfi Savçenkonu Ukraynada məhkum olunmuş iki Rusiya vətəndaşına — Aleksandrov və Yerofeyevə dəyişəcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İrəvanda Rusiya əleyhinə aksiya başladı – CANLI YAYIM

%d bloqqer bunu bəyənir: