Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nabrana nə vaxt qaz veriləcəyini kimsə bilmir

Xəzər dənizinin sahilində yerləşən Xaçmazın məşhur Nabranı qazsızdır.

ANS PRESS-in məlumatına görə, Nabranın aşağı hissəsində yerləşən Müqtədir və yuxarı hissəsindəkı Yalama qəsəbələri mavi yanacaqla təmin edilsə də, bu məşhur turizm bölgəsi qazlaşdırılmayıb. Yerli sakinlər deyir ki, qışda qızınmaq üçün meşələrdən odun gətirmələri də mümkün deyil. Çünki həmin ərazi Samur-Yalama milli parkı kimi elan edilib.

“İstəyirəm Nabranda da qaz olsun. Burda bütün respublikanın məşhur insanlarının bağ evləri var, gözəl istirahət məkanları var, ancaq qazsızlıqdan çox əziyyət çəkirik”,- deyə Nabran sakini Fərhad Taibov bildirir.

Nabranda qaz çəkmək üçün gətirilmiş borular

Nabranda qaz çəkmək üçün gətirilmiş borular

Nabran sakini Əhməd Qurbanəliyev qəsəbədə qazsız yaşamağın çox çətin olduğunu deyir: “Televizorda göstərirlər, bütün ölkələrdən bura gəlirlər, turistlər gəlir, istirahət edənlər gəliur, hər cür şərait var, amma qaz yoxdur”.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də 2015 ci il sentyabrın 25-də bu məşhur məkanın qazlaşacağına söz verib: “Icra başçısına söz verdim, gələn ildən Nabran da qazlaşmalıdıy, gələn il bu, proqramda var”.

Bununla belə, Xaçmaz regional qaz idarəsindən bildiriblər ki, Nabranın nə vaxt qazlaşacağı tarixini bilmirlər. Amma bunun yaxın gələcəkdə reallaşacağına ümid edirlər. Deməli, sakinlərə də hələlik ümid etmək qalır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bulvara giriş bağlandı

%d bloqqer bunu bəyənir: