Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
47614

“Nəyin əsasında mənə 17 il iş istəyirsiniz, lap 117 il olsun, vecimə deyil”

Cahangir Hacıyev məhkəmədə son söz dedi“Heç olmasa üzümə adam qoyaydınız”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bizimyol.info saytının prosesdə iştirak edən əməkdaşının bildirdiyinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cahangir Hacıyev son sözlə çıxış edib.

“Nə vaxtdan mülki işlərə “Bondotdel” baxır?”

Daha sonra prosesdə təqsirləndirilən Cahangir Hacıyev son sözlə çıxış edib. “Bu iş 1 il 6 aydır davam edir. Ötən il aprelin birində məni istintaqa çağırdılar. Xaricdə olsam da qayıtdım. Dövlət ittihamçısı belə bir ifadə işlətdi ki, o zaman mən şahid qismində çağırıldığım üçün gəlmişəm. Ancaq qətiyyən belə deyil. İstənilən halda gəlib istintaqla əməkdaşılıq edəcəkdim. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Bu cinayət işi idarə heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Amma məhkəmədə ifadə verərkən Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübaqrizə İdarəsinə müraciət etmisən? Sənə bu göstərişi kim verib? Nə vaxtdan mülki işlərə “Bondotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən yoxsa, himayədarların? Praktika belədir ki, kreditlıər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir…
Bütün bunlara baxmayaraq istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu. Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi və bankın menecmeti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı”.
Cahangor Hacıyev bildirdi ki, “Metanom” zavodu ilə bağlı da Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparılmışdı. “Ölkəyə 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazairliyi aldı. “Metanom” zavoduna qoyulan 600-700 milyon dollar da getdi. Niyə işləmir indi həmin zavod? Albaniya neftayrıma zavodunun da işləmisən imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.

“Bunun adı terror deyil bəs nədir?”

Cahangir Hacıyev sözügedən cinayət işini “terror hadisəsi” adlandırıb. “Mayın 2-də cinayət işli başlanan gün Azad Cavadov həbs edildi. Bununla nəinki Azərbaycanda, həmçinin qonşu ölkələrdə də misli görüünməyən “terror” baş verdi. Mən bu sözü deməkdəm çəkinmirəm. Bunun adı terror deyil bəs nədir? Bu işlə bağlı hazərda da 7500-8000 adama STOP qoyulub. Çoxunda bu qadağa 500-800 dollar kreditə görədir. Yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da STOP qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə ASAN Xidmət və Ədliyyə Nazirliyinin tabeliyində olan digər qurumlar təsdiq etmədi? Bütün bunlara terror deməyək, bəs adını nə qoyaq?”

“Heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar”

C.Hacıyev qeyd edir ki, istintaqda 11 dəfə ifadə verib. “Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır? “Bondotdel”in ümumiyyətlə bank sistemindən anlayışı yoxdur. Mən onlara “debüt” nədir, “kredt” nədir, izah edirdim. Anlayışı olmayan qurum istintaqı necə apara bilər? Apardıqları iş də göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər. 30 vəsatətimizdən biri də təmin olunmadı. Heç olmasa maraq xatirinə birini təmin edəydiniz. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etməkdənsə, biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil qrupdan söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istəmədi. Azad Cavadovun evinə iki ay sonra silah atdıqları kimi heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar”.
Cahangir Hacıyev yüksək məbləğli kreditlər ayrılmış plastik kartlarla bağlı məsələyə də toxunub. “Moskvadakı törəmə bankın işçilərinə ayrılmış kreditləri ən azından onlardan soruşmaq lazım idi. Çünki həmin vəsaitlərin hara sərf edildiyini onlar yaxşı bilirdilər. Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəlllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaqnə qədər etikdir? İkincisi də ki, həmin kreditlər çoxdan mənim tərəfimdən ödənilib. Mənə ittiham verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhmlər alınıb”.

“Nəyin əsasında mənə 17 il iş istəyirsiniz, lap 117 il olsun, vecimə deyil”

Cahangir Hacıyev çıxışında mənimsəmə ittihamlarından da danışıb. “Prokuror da Samir Şərifovun dediklıərini təkrarlayır və deyir ki, bu, bir cibdən o biri cibə qoyulmadır. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da “Bondotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda da dedi ki, bu qədər vəsait səhimlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adamadan bu barədə soruşaq? Bankın vəsaitlərinin bir hissəsi, Maliyyə Naziriliyinə və beynəxlaq bankın indiki rəhbərliyinə aid şirkətlərdədir. Yoxlasaydınız görərdiniz”.
C.Hacıyev bildirib ki, Veriglər Nazirliyi tərəfindən 2012-2014-cü illədrdə bankda 80-dən artıq ciynayət işi başlanmışdı. “Onlar daha peşəkar işləmişdilər. Həmin qərarları alsaydınız, görərdiniz ki, vəsaitlər hara gedib. Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı biıməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Juranalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər. İstinatq isə özünə əziyyət verib bunları araşdırmayıb”.

“Kişinin heyfini qadından almazlar”

Cahangir Hacıyev həyat yoldaşının arxasınca Londona əməliyyat qrupunun getməsindən də danışıb: “Prokurorluğun, bir də “Bondotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Gedib uşaqlarımın yaşadığı, bir maşınım var idi onu qiymətləndirdilər. Maliyyə nazirlyinin qeyri-rəsmi mətbuat xidməti funksiyasını yerinə yetirən saytlardan biri yazıb ki, milyardalarım, təyyarələrim, villarım var. Haradadır mənim təyyarələrim? Tapa bildiniz? “Qarlı aşırım”da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar, nə “İnterpol”u nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qaytıdınız.”.

“Buna görə kimsə cavab verməlidir və verəcək də…”

“2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Byenəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də Neft Fondundan da 1 milyard alıblar. Mənim rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub Neft Fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının banka İT sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar.? Bu günlərdə “BankStandart”ın lisenziyası ləğ olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də”.

“Yaddan çıxarmayın ki, bu günün sabahı da var…”

Cahangir Hacıyev vurğulayıb ki, o həbs onunadan sonrakı il yarım müddətində qürur və fəxr hissi keirib. “Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyfislənmirəm. Əksinə, fəxr edirəm ki, minlərlə iş yeri yaratmışam. Yüzminlərlə adama çörək vermişəm. “Aqararkredit” prezidentə aparıb müəyyən müəssisıələri təqdim edir və yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimki göstərir. Halbuki həmin işləri biz görmüşük. Məsələn, Xaçmazda 5 min hektar fındıq bağlarını prezidentə məruzə edirsiniz. Həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq – ümumiyyətlə iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2 həftə ərzində Rusiyada törəmə bankı açdıq. Rusiyanın 1300 bankı var idi. Bizim bank qısa müddətdə ilk yüzlükdə idi. Elə bilirsiniz ki, içəridəyəm deyə heç nədən xəbərim yoxdur? Bu gün Rusiyada kriminalları cəlb edir, ona buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt Pterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyini nəticə. Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Buna başqa məna verməyin. Ümummili liderin bir sözü var idi ki, “dünya mübarizə dünyasıdır”. Ancaq yaddan çıxarmayın ki, bu günün sabahı da var.
Britaniya vətəndaşını burda saxlayıblar. Hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. “İnter”in prezidenti olan Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar”.

“Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb”

C.Hacıyev vurğulayıb ki, istintaqla əməkdaşlıq etməklə yanaşı, cinayətin harda olduğunu göstəriblər. “Amma nə istintaq, nə də məhkəmə bunları araşdırmadı. Deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə türk iş adamı Bülənt Karanı niyə məhkəməyə gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən də xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəıntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

“Beynəlxalq Bankın idarəetməsində iştirak etməmişəm”

Prosesdə təqsirləndirilən “İnter Security” mühafizə şirkətinin rəhbəri İbrahim Hüseynov da son söz deyib. O verilən ittihamlar əsasız hesab edib. “Heç bir mütəşəkkil cinayətkar dəstənin üzvü olmamışam. Beynəlxalq Bankın idarəetməsində iştirak etməmişəm. Yalnız bankla müqavilə əsasında mühafizəni təşkil eləmişəm. Bankın obyektlərini qorumuşam. Bütün materialları, avandanlıqların gətirilib-aparılmasına nəzarət eləmişəm. Bununla bağlı Beynəlxalq Bankın İdarə Heyətində təmsil olunan Emil Mustafayevə və Akif Əliyevə hesabat vermişəm və məruzə eləmişəm. İşçilərimin adına götürülən kreditlər lahiyələrə xərclənib. Onların adına olan kreditlərdəki məbləğlər tam ödənilib. Yalnız faiz borcları qalıb. Bizim mənimsəmə fikrimiz olsaydı, bu kreditlərin heç birini ödəməzdik. Məhkəmə istintaqında da, ibtidai istintaqda da mənə verilən ittihamların heç biri sübuta yetirilmədi. Buna görə məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm”.
Məhkəmə hökm üçün müşavirəyə çıxıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il, Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası tələb edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sabahdan kompensasiyalar verilir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: