Loading...
Loading...
95580

“Nəsimi” stansiyasında yanğın həyəcanı…

24saat.org xəbər verir ki, az öncə metronun “Nəsimi” stansiyasında sərnişinlər yanıq qoxusu gəldiyi üçün qatardan boşaldılıb. Həmin qatarda olan əməkdaşımızın bildirdiyinə görə,  “Azadlıq” stansiyasında qatar 15 dəqiqə intervalla gəlib. Gecikən qatarda daha sonra yanıq qoxusu hiss edilib və bunun ardından “Nəsimi” stansiyasında sərnişinlər qatardan boşaldılıb.

Moderator.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevdən açıqlama alıb.
N.Paşayev yanıq təhlükəsi olmadığını, qatarın nasaz olduğu üçün xətdən çıxarıldığını bildirib:
“Yanıq falan yoxdur. Sadəcə 30 saylı marşrut üzrə hərəkət  edən qatar nasaz olub. O səbəbdən də sərnişinlər qatardan düşürdülüb və Qatar DEPO-ya gedib. Qatarın yerinə isə xəttə başqa qatar buraxılıb”.
N.Paşayev qatarın ləngimə səbəbinə də aydınlıq gətirib:
““Azadlıq” stansiyasında interval çoxdu. Bir qatar olmayanda da interval daha da artır. Qatar ona görə gec gəlib”.
moderator.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Xəzər Tv-nin əməkdaşı döyüldü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: