Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Nəşə kişi işi deyil, süpürgəyə görə “sroka” oturacam” – VİDEO (FOTO)

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti uğurlu əməliyyat tədbiri bu dəfə Goranboyda keçirilib. Dövriyyədən 5 kq-dan artıq narkotik çıxarılıb.

Gəncə şəhər sakini Aydın Baladadaşovun peşəsi qaynaqçılıqdır. Amma bu dəfə o, öz bacarığını başqa sahədə sınamaq qərarı verib. Narkotik vasitələrin alverinə girişən Baladadaşovun bu əməli ona baha başa gəlib. Həmin şəxs 5 kq-dan artıq marixuananı Goranboyda satmaq istəyərkən saxlanılıb.
Gündüz Yusibov – müstəntiq: “Narkotik vasitə olan qurudulmuş marixuananı Goranboy rayonu ərazisində satarkən tutulub. Həmin şəxs narkotik vasitələri evində döşəməyə salıb və qurutmuşdur. Evinə baxış zamanı bu vasitələrin qalıqları tapılıb”.
Aydın Baladadaşov deyir ki, narkotik vasitəni tanışının köməyilə Şəmkir rayonunun ərazisindən yığıb. Satmaq təklifi də elə məhz həmin tanışından gəlib.
Aydın Baladadaşov – saxlanılan şəxs: “Şəmkir yolunda istixanalar var, oradan yığdım. Dedi ki, 700 manata satarıq, yarısı sənin, yarısı mənim. Yığdıq, gəldik Goranboya satmağa, burada polislər tutdu”.
“Biznes”i baş tutmayan Gəncə sakini indi əməlindən peşmandır.
Aydın Baladadaşov – saxlanılan şəxs: “Əməlimdən peşmanam. Süpürgədən ötrü içəridə yatacam. Nəşə kişi işi deyil”.
Daha öncə də 7 il məhbusluq həyatı yaşayan Aydın Baladadaşovun peşmançılığı onun azadlığa çıxmasına kömək etməyəcək. Bu əməlinə görə onun barəsində artıq cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Region TV)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Məni zorladı, məcbur nişanlandım…”

%d bloqqer bunu bəyənir: