Loading...
Loading...

Nərimanovun yarısını özəlləşdirən məmurdan şikayət var – Faktlar

Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. Bir qrup sahibkar tərəfindən 24saat.org-a daxil olan şikayətdə bildirilir ki, icra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb.

Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas icraçısı Şahmar İbadov sayılır. Nərimanov rayonundakı gəlirli sahələrin yarıbayarısı Ş.İbadovun nəzarətindədir.

Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb. Şahmar İbadov səriştəsi və kassa işində peşəkarlığı Milli Məclisə qədər uzanır. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Ş.İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində də məharətini nümayiş etdirib.

Onun adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində hallanır. İddia olunur ki, başçı müavini Fərzəliyevin himayəsi və göstərişləri əsasında, bəzən isə onun xəbəri olmadan bir sıra əməliyyatlar həyata keçirməyə müvəffəq olub.

Bundan əlavə, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparılıb. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib.

İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi işlər də İbadovun əli ilə gerçəkləşib.

Bütün bu detallala bağlı reportaj təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Ya həbsə getməlisən, ya da inandığın dəyərlərdən imtina etməlisn”

%d bloqqer bunu bəyənir: