Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin adı Sevinc Babayeva işində

Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev karyerası ilə vidalaşa bilər. Buna səbəb onun keçmiş deputat, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. ANAXEBER.az-a daxil olan xəbərə görə, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Bəzi iddialara görə, bunun arxasında hakimiyyətdə kifayət qədər güclü qruplaşmanın təmsilçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dayanır. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətlərinə növbəti yazımızda geniş yer ayıracayıq . Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Teleaparıcı İlham Mirzəyev azadlığa buraxılıbmış

%d bloqqer bunu bəyənir: