Loading...
Loading...

Nəhəng heyvan hamını şoka saldı – VİDEO

ABŞ-ın Florida ştatında qeyri-adi görüntülər qeydə alınıb. Ötən həftələrin birində 13 yaşlı uşağın köpək balığı tərəfindən hücuma məruz qaldığı Floridada bu dəfə nəhəng heyvan insanları şoka salıb. Palmetto şəhərində yerləşən “Buffalo Creek Golf Course” adlı qolf meydançasında anidən nəhəng heyvan peyda olub. Görüntüləri Çarl Helms adlı şəxs qeydə ala bilib. Çaydan çıxan nəhəng alliqator daha sonra meşəlik əraziyə doğru gedib. Uzunluğu 5 metrə yaxın olan bu nəhəng heyvanı görənlər ilk əvvəl bunun bir kamera zarafatı olduğunu düşünüblər. Lakin sonra məlum olub ki, bu bir zarafat deyil və qarşılarındakı real heyvandır.

Qeyd edək ki, alliqator timsah növünə aid nəhəng yırtıcı bir heyvandır. Ən məşhur növü Mississippi alliqatorudur (Alligator mississippensis). Onun uzunluğu 5 metrdir. Mississippi alliqatoru Şimali amerikanın cənubunda yaşayır. Bu yırtıcı heyvan hər növ canlıya hücum edir. Heyvanın ortalama yaşam müddəti 50 ildir. Hal-hazırda bu heyvanın sayı durmadan azalmağa davam edir və nadir hallarda görülür.
Bizimyol.info


Nəhəng canlı by azcanall

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Belə toy karvanı görülmədi – Video

Loading...
%d bloqqer bunu bəyənir: