Now Reading:
“Nə vaxt istifadə edəcəksiniz onlardan, ay ağıldanqorrey qardaşlarım?”
Full Article 40 second read

“Nə vaxt istifadə edəcəksiniz onlardan, ay ağıldanqorrey qardaşlarım?”

Ay, mənim məmur qardaşlarım!


Ay, iti nəfsilə bacarmayıb, özü də bilmədən, öz torbasını öz əliylə, ilmə-ilmə tikən məmur qardaşlarım!
Gözünüzə hara xoş dəyir, çəpərləyirsiniz. Götürdüyünüz torpaqların nə sayı özünüzə bəllidir, nə yeri. Nə vaxt istifadə edəcəksiniz onlardan, ay ağıldanqorrey qardaşlarım?
Eşitməmisiniz ki, Rusiyada istifadəsiz torpaqları sahibindən alıb, camaata qaytarırlar? Bilmirsiniz ki, bu alhaalın, qaphaqapın bir verhəver, qushaqus dövrü də var?
Yəni, xəbəriniz yoxdur ki, bizim yerlərə külək həmişə şimaldan əsir?
Torpaqdı, halallıqla götürmüsən, halal xoşun! İşlət, çörək qazan, çörək ver, ölünə də rəhmət oxusunlar, dirinə də!
Əlin gəlmirsə, qıymırsansa, bacarmırsansa, uşaq muncuq yığan kimi, götürüb üst-üstə qalaqlamağın nə mənası?
Tök bu ağır daşı ətəyindən – o boyda yüklə son qapıdan keçə bilməyəcəksən axı…
Vallah, buraxmayacaqlar!
Billah, buraxmayacaqlar!
Tallah, buraxmayacaqlar!
 
İlqar Əlfioğlu, tanınmış jurnalist

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: