Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Müxalifətin aksiyalara fəhlə bazarlarından adamlar cəlb etməsi iddiası yüzdəyüz realdır”

Siyavuş Novruzov: “Onlar aksiyaya gəlib qeydiyyata düşür və dərhal da meydanı tərk edir”

Son vaxtlar ölkə mediası və sosial şəbəkələrdə müxalifətin aksiyalara fəhlə bazarlarından saatı 10-20 manata adamlar cəlb etdiyi ilə bağlı iddialar səslənməkdədir. 24saat.org-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Siyavuş Novruzov, bu iddianın həqiqət olduğunu vurğuladı:

“Müxalifətin aksiyalara fəhlə bazarlarından adamlar cəlb etməsi iddiası yüzdəyüz realdır. İnsanları bu kimi vasitələrlə ələ alıb aksiyaya cəlb etmək istəyirlər. Mitinq üçün müxtəlif dairələrdən alınan vəsaitlərin böyük əksəriyyəti Əli Kərimli və onun yaxın ətrafı tərəfindən mənimsənilir. Cüzi bir hissəsi isə aksiyaya adamların cəlb edilməsinə sərf olunur. Onlar isə aksiyaya gəlib qeydiyyata düşür və dərhal da meydanı tərk edir”.

 

Seymur Əliyev

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Aksiyalardan imtina etmək olmaz”

%d bloqqer bunu bəyənir: