Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müxalifət parlamenti boykot edir

Makedoniyanın əsas müxalifət partiyası deyir ki, konstitusiya məhkəməsi ölkədə səsyazma qalmaqalını araşdıracaq xüsusi müstəntiqlə bağlı qərar verməyincə parlamenti boykot edəcək.

“Konstitusiya məhkəməsi dərhal xüsusi müstəntiqlə bağlı fikrini bildirməlidir”, Sosial Demokratların lideri Zoran Zaev iyunun 23-də jurnalistlərə deyib.

123 yerlik parlamentdə Zaev-in partiyasından 34 deputat var. O deyib ki, məhkəmə fikrini açıqlamayınca deputatlar parlamentin işinə qatılmayacaqlar.

Xüsusi müstəntiqin idarəsi Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində yaradılıb. Bu məsələ konstitusiyaya salınmadığından təhqiqata məruz qalanlar onun hüquqiliyi barədə sual qaldırıb yayına bilərlər.

Məhkəmə hələlik məsələni gündəliyini salmayıb.

Ötən ilin fevralından Makedoniyada siyasi böhran yaranıb. Müxalifət partiyaları baş nazir Nikola Gruevski və müttəfiqlərini 20 mindən çox adamın telefon danışıqlarını dinləməyə göstəriş verməkdə suçlayır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

5 övlad anası 17 yaşlı qızla evləndi

%d bloqqer bunu bəyənir: