Now Reading:
Müxalifət prezidentin əleyhinə imza toplayır
Full Article 30 second read

Müxalifət prezidentin əleyhinə imza toplayır



Venesuelada prezident Nicolas Maduro-nun vəzifəsindən geri çağırılması üçün müxalifət referendum keçirilməsini tələb edir. Müxalifət bildirir ki, bunun üçün artıq kifayət qədər imza toplanıb.

Kampaniyanı başlayan ana müxalifət lideri Henrique Capriles bildirib ki, artıq 400 mindən çox imza toplanıb. Sonrakı mərhələdə isə seçicilərin 20 faizinə yaxın, yəni 4 milyon imza toplanması lazımdır.

Prezident Nicolas Maduro isə deyib ki, referendum keçirilsə, bu, ən tez gələn il baş tuta bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: