Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mütəmadi şəkildə kitab oxumağın faydaları

Mütəmadi kitab oxumağı vərdiş edən insanlar darıxmaq problemi ilə üzləşmirlər. Onlar istənilən yerdə: metro, avtobus və ya evdə öz kitablarını oxuya bilərlər.
Mütəmadi kitab oxumanın digər faydası da söz ehtiyatının çoxalmasıdır. Bununla da siz nitqinizi zənginləşdirə bilərsiniz.

Hər kitab sizə fərqli həyatlar, insanlar və obrazlar haqqında yeni baxış tərzi yaradacaq və geniş fikirli insan olacaqsınız

Kitab oxucusu olmaq pis düşüncələri sizdən uzaqlaşdıracaq. Yalnızlığı sevəcəksiniz, çünki yanınızda kitablarınız var.

İnternetin və ya elektrikin kəsilməsindən şikayət etməyəcəksiniz. Şam işığında da kitab oxuya bilərsiniz.

Sizin kitab oxucusu olduğunuzu öyrəndikdən sonra dostlarının və qohumlarının hədiyyə alması asanlaşacaq.

Kitabları oxuduqdan sonra dostlarınıza bağışlamaq əvəzinə evinizdə böyük bir kitabxana yarada bilərsiniz.

Kitab oxumaq sizin yaradıcılıq qabiliyyətinizi birə-beş artıracaq.

Kitablar sizin həyatınızı dəyişdirməyə kömək edə, daha maraqlı təcrübələr yaşamaq üçün ilham qaynağı ola bilərlər.

Araşdırmalardan məlum olur ki, mütəmadi şəkildə kitab oxumaq sizin yaddaşınızı da yaxşılaşdırır, diqqət problemlərinizi həll edir.

pahoo.az

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

1500 manata samovar

%d bloqqer bunu bəyənir: