Advertisements
24 saat

Mustafa Cecelini tənqid etdilər


Bir neçə gün əvvəl Türkiyədə bir qrup hərbiçinin dövlət çevrilişinə cəhdi zamanı bir çox müğənnilər sosial şəbəkədən paylaşımlar edib.



Axşam.az-ın məlumatına görə, müğənni Mustafa Cecelinin heç bir şərh yazmaması izləyiciləri tərəfindən tənqid olunub.

Yalnız türk bayrağını paylaşan Mustafaya “Bu səssizliyin çox qəribədir. Səndən daha çox şey gözləyirdik. Dost-düşmən bəlli olur” şərhləri yazılıb.

Bunlardan sonra Mustafanın sosial şəbəkədə paylaşdığı fikir diqqət çəkib:

“Ölkəmizi çökdürməyə çalışmaqda bir damcı belə günahı olanın cəzası ağırın da ağırı olmalıdır. Əminəm ki olacaq da…”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: