Müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoq


Vətəndaş cəmiyyəti fəalları təşəbbüslə çıxış etdi

Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçiləri müraciət yayıb. Müraciətdə deyilir:

“Biz – bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini bildiririk.

Azərbaycan əsası 2011-ci ildə qoyulan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub, təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb…

AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiqidir.

Açıq Hökumət Tərəfdaşlığının ən önəmli prinsiplərində biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Azərbaycan hökuməti AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” kimi mühüm sənədləri qəbul edib. 2016-cı ildə daha bir mühüm sənəd – “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.

Təəssüf ki, belə mühüm sənədlərin hazırlanması və icrası prosesinə ictimai nəzarət funksiyası daşıyan müstəqil sivil toplum quruluşları aktiv və sistemli cəlb edilməyib, əksinə, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bütün bunlar təbii olaraq, Azərbaycanın AHT-dəki statusunun pisləşməsini şərtləndirib. Nəticədə, 2016-cı ilin mayında AHT-nin Rəhbər Komitəsi Azərbaycanın üzvlük statusunu 1 il müddətinə aktiv üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Bu qərar bilavasitə Azərbaycanda sivil toplum quruluşlarının fəaliyyətinə yaradılmış hüquqi və praktiki məhdudiyyətlərlə əsaslandırılıb. Rəhbər Komitə sivil toplum quruluşlarının fəaliyyəti üçün məkanın qapadılmasının AHT-nin prinsip və dəyərlərini sarsıtdığını vurğulayıb.

Hökumətin AHT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün 1 ildən də az zamanı var…

Yuxarıda qeyd olunanlarla əlaqədar bildiririk ki, bu müraciəti imzalamaqda başlıca məqsədimiz AHT üçün zəruri olan Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesini sürətləndirmək, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu üzvlük statusunun bərpasına yardımçı olmaq, AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasını dəstəkləmək və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən konsultativ mexanizmlərin qurulmasına töhfə verməkdir.

Imzalar:

1.Akif Qurbanov, Demokratik Təşəbbüslər Institutu

2.Anar Məmmədli, hüquq müdafiəçisi

3.Aynur Imranova, “Media və Demokratiyanın inkişafına dəstək”IB

4.Azər Mehtiyev, Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyi

5.Bəşir Süleymanlı, SMDT

6.Ələsgər Məmmədli, Hüquqşünas, hüquq müdafiəçisi

7.Əsabəli Mustafayev, Demokratiya və insan hüquqları resurs mərkəzi

8.Əvəz Zeynallı, “Xural” qəzeti

9.Xalid Ağaliyev, Media Hüququ Institutu

10.Xalid Bağırov, hüquq müdafiəçisi

11.Qalib Toğrul, Iqtasadi Araşdırmalar Mərkəzi

12.Qubad Ibadoğlu, Iqtisadi Araşdırmalar Mərkəzi

13.Mehman Əliyev, “Turan” Informasiya Agentliyi

14.Nəsimi Məmmədli, Yayımların Monitorinq Mərkəzi IB

15.Oqtay Gülalıyev, Demokratik Islahatlar Uğrunda IB

16.Rəsul Cəfərov, Insan Huquqları Klubu

17.Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi

18.Samir Əliyev, Media və Ictimai Təşəbbüslər Mərkəzi IB

19.Şəhla Ismayıl, Rasional Inkişaf Uğrunda Qadınlar Assosiasiyası

20.Samir Kazımlı, hüquq müdafiəçisi

21.Zöhrab Ismayıl, Azad Iqtisadiyyata Yardım Ictimai Birliyi

22.Ziya Quliyev, Hüquq Təşəbbüsləri Mərkəzi

azadliq.info

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Xədicə İsmayıl dövlətin ona verdiyi vəkildən imtina etdi

%d bloqqer bunu bəyənir: