Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müsavat Seçki Qərargahı: Seçici yoxdur, qutu dolub

“Seçicilərdə aktivlik müşahidə olunmur”

“45 saylı Abşeron Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində 1 saat müşahidə aparılıb, həmin müddət ərzində seçki məntəqəsinə 2-si müşahidəçi olmaqla cəmi 10 nəfər daxil olub.
Hökməli qəsəbəsi ərazisində avtomobillərə səsgücləndirici quraşdırılaraq, camaatı seçki məntəqələrinə səs verməyə çağırırlar”.
Məlumatı Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı yayıb.

61 saylı Neftçala Seçki Dairəsinin 4 və 5 saylı seçki məntəqələrindən seçicilərin qərargaha verdiyi məlumata görə, bu məntəqələrdə saat 12.00-dək səsverməyə gələn seçicilərin sayı seçici siyahısında adları olan seçicilərin sayının 2 faizinə belə çatmır.

31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 6 və 7 saylı seçki məntəqələrindən Arzulla Buludovun qərargaha verdiyi məlumata görə, daşınan qutunu bir cavan oğlan bülletenlə doldurub. Seçicilər 31 və 7 saylı seçki məntəqələrində səs verəndən sonra 2 saylı seçki məntəqəsinə gedirlər.

66 saylı Biləsuvar Seçki Dairəsinin 42 saylı Əsgərabad kənd seçki məntəqəsindən Yusif Mehdinin verdiyi məlumata görə, saat 10.45-dən 12.15-dək 10 nəfər səs verməyə gəlib. Lakin onların hamısı 41 saylı Əsgərabad kənd seçki məntəqəsinin ərazisinə aid olan seçicilərdir.

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsindən (2 saylı tibb kolleci) Yalçın Abbaslının qərargaha verdiyi məlumata görə, seçki məntəqəsini 1 saatdan artıq müşahidə edib. Bu müddət ərzində cəmi 12 nəfər səsverməyə gəlib. Amma qutu artıq ağzına kimi doludur.

66 saylı Biləsuvar Seçki Dairəsinin 42 saylı məntəqəsindən Ələsgər Hüseynlinin verdiyi məlumata görə, seçki məntəqəsini 1 saat izlədiyi müddətdə 30 seçici gəlib. İlk gələnlər müəllimlər, müdirlər və su idarəsinin işçiləri olub. Səsvermə kabinələrini elə yerləşdiriblər ki, nə komissiya üzvlərinin fəaliyyəti, nə də bülleteinləri qutuya atarkən qutu görünmür. Belə ki, səsverənlər öz bədənləri ilə onları örtürlər. Bir nəfər də 2 dəfə məntəqəyə daxil olub və qutuya bülleten atıb.

46 saylı Şirvan Seçki Dairəsinin 12 saylı seçki məntəqəsindən Elikram Xurşidovun qərargaha verdiyi məlumata görə, eyni seçiciyə həm 12 saylı, həm də 14 saylı seçki məntəqələrində səs verməsi üçün bildiriş təqdim olunub. E.Xurşidov sosial şəbəkədə hər iki bildirişin fotoşəkillərini paylaşıb. Belə hallar Bakıdakı seçki dairələrində də kifayət qədərdir.
47 saylı Mingəçevir Seçki Dairəsindən Nurəddin Rüstəmlinin facebook səhifəsində yaydığı məlumat: “Əsl biabırçılıq, seçici aktivliyi – 0 faiz. Səhərdən bir neçə məntəqə üzvü ilə rastlaşmışam: biri çörək yeməyə gedir, başqası çay içməyə, digəri əlindəki şəxsiyyət vəsiqələrinin kopyalarını digər məntəqəyə aparır ki, dəyişib digərlərini gətirib yazsınlar və s. Hamısı da eyni sözü deyir: Siz olanda yaxşı idi. Sizə görə yalandan seçici aktivliyi, “karusel” yaradırdılar. Bizim də işimiz asan olurdu. İndi bütün bülletenləri özümüz doldururuq.Siz yoxsuz deyə paket də verməyəcəklər. Çatdıra bilmirik, cəhənnəm olsun, çoxunu boş atacağıq və s… Həqiqətən də səhərdən sanki ölüm sükutudur, heç elə bil şəhərdə adam yaşamır”.

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 5 saylı seçki məntəqəsindən Namiq Haclbəylinin verdiyi məlumata görə, səs verməyə budcə təşkilatında işləyən tək-tək şəxslər gəliblər. Onlara bülleten verilir, bu bülletenləri seçki kabinələrində qatlayıb seçki qutusuna atmağı məsləhət görürlər. Bu o deməkdir ki, seçki bülletenləri qabaqcadan doldurulub. Məhz bu səbəbdən heç bir seçici seçki kabinələrində bir dəqiqədən artıq qalmır.

meydan

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Referendumdakı saxtakarlıqlarla bağlı məlumatlar Yenilənir VİDEO FOTO

%d bloqqer bunu bəyənir: