Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rudolf-culiani

Müsəlmanların düşməni ABŞ-ın dövlət katibi olur

ABŞ dövlət katibliyinə iki namizəd irəli sürülüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet namizədlərdən birinin Nyu Yorkun eks-meri Rudolf Culiani, digərinin isə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton olduğunu bildirib. Yeni seçilmiş prezident Donald Trampın müşavirləri hər iki namizədlə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, Culiani Trampın köhnə dostu hesab edilir. Bundan öncə ölkə mətbuatı Culianinin baş prokuror olacağını iddia edirdi. Eks-mer qatı mühafizəkar siyasətçidir. O, müsəlmanlara qarşı xüsusi mövqeyi ilə seçilir. Culiani, xüsusilə, başda Səudiyyə Ərəbistanı olmaqla Yaxın Şərqdəki müsəlman ölkələrinə qarşı sərt siyasətin tərəfdarıdır.

Bolton Dövlət Departamentinin veteranı hesab edilir. 90-cı illərin əvvələrində o, dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə, 2000-ci illərin əvvəllərində isə dövlət katibinin silahlanmaya nəzarət üzrə köməkçisi olub. Bundan sonra ABŞ-ın BMT-dəki təmsilçisi kimi çalışıb və dövlət işi karyerasını burada bitirərək elmlə məşğul olmağa başlayıb.

Bolton radikal mühafizəkardır. O, Şimali Koreya, İran, Kuba və Rusiyaya qarşı sərt siyasətin tərəfdarıdır. O, İraq müharibəsinin əsas dəstəkçilərindən və memarlarından biri hesab edilir. Məhz Bolton Buşu İraqın Nigeriyadan uran almaq istədiyinə inandıra bilmişdi. Bolton həmçinin 2010-cu ildə “İsrailin dostlarının təşəbbüsü” təşkilatının yaradıcılarından biri olub. O, İsrailin legitimliyinin qorunmasının əsas mühafizəçisi sayılır. Onun da adı dövlət katibliyinə namizədlər sırasında çəkilir.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Pyotr Poroşenko prokurorluğa çağırıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: