Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müsəlman qadınlarına çimərliyə gəlmək qadağan qadağan edildi

Fransanın Kann şəhərinin yerli hakimiyyət orqanları müsəlmanlara burkinidə çimərliyə gəlməyi qadağan edib.

Burkini – müsəlman xanımlar üçün nəzərdə tutulmuş çimərlik paltarıdır. Bu paltarda bədən tam örtülü olur.
Kann bələdiyyəsinin burkinini qadağan edən sərəncamında deyilir ki, Fransa terror hücumlarının hədəfinə çevrildiyi üçün dini mənsubiyyəti əks etdirən çimərlik paltarı ictimai asayişi poza, toqquşmalara səbəb ola bilər. Sərəncamda vurğulanır ki, istənilən şəxsin ədəb-ərkan qaydalarına və dünyəvilik prinsiplərinə cavab verməyən, gigiyenik tələblərə və təhlükəsizliyə uyğun olmayan paltarda çimərliyə gəlməsi və çimməsi qadağandır.
Yerli mətbuat yazır ki, Kann bələdiyyəsinin sərəncamı iyulun 28-də imzalansa da, nəzərə çarpmayıb. Amma avqustun 11-də şəhər meriyası ictimaiyyəti qadağaya əməl etməyə çağırıb. /Novator.az/

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

5 yaşlı qızcığaza təcavüz etdi -RÜSVAYÇILIQ!

%d bloqqer bunu bəyənir: