Murad Ədilov siyasi məhbuslar üçün diqqət istəyib


“Bizim kimi günahsız siyasi məhbusları diqqətdə saxlayan, bizim azadlığımız üçün çalışan hər kəsə salamım var.

Xüsusən, yaxınlarda mənimlə birgə bir neçə siyasi məhbusu “vicdan məhbusu” elan edən “Amnesty İnternational”a minniətdaram. Ümid edirəm ki, bütün günahsız dustaqlara azad olmayana qədər belə təşəbbüslər davam edəcək”.

Bu sözləri məhbəsdəki AXCP üzvü Murad Ədilov ötən gün yaxınları və hüquq müdafiəşisi Oqtay Güləliyevlə görüşdə deyib. Hüquq müdafiəçisi məlumat verir ki, Muradın əsas şikayət və narahatlığı onun haqsız yerə 2 ildən artıqdır həbsdə saxlanılmasıdır. “Murad AXCP üzvü olsa da, hamıya, onu şərləyənlər qarışıq aydındır ki, o qardaşı AXCP Mətbuat Xidmətinin rəhbəri, jurnalist Natiq Güləhmədoğluna görə girov götürülüb. Onun xüsusi siyasi fəallığı olmayıb. Sadə zəhmətkeş bir həyat sürən insanı zorən kriminallaşdırmaq, onu cəmiyyətdən təcrid eləmək nə dərəcədə insanı bir addımdır? 2 ildir bu insan ailəsindən uzaq salınıb. Muradın 3 azyaşlı uşaqları var və onun böyük qızı artıq ikinci il olacaq ki, atasız məktəbə gedəcək. Doğrudanmı, günahsız insana qarşı belə qədarlığı eləmək o qədər asandır?!” deyən O. Güləliyev hesab edir ki, hakimiyyət özündə iradə tapıb, kin küdurəti yerə qoyaraq nəhayət Murad və onun kimi vicdan məhbusların azad etməlidir.

azadliq.info

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Mais Səfərli: ““Milli Şura” ictimai dəstəkdən məhrumdur” AÇIQLAMA

%d bloqqer bunu bəyənir: