Loading...
Loading...

Müharibə anonsu: “Biz hücuma keçirik!”

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimin lideri İqor Plotnitski Ukrayna hakimiyyətini Minsk sazişini sabotaj etməkdə ittiham edib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bəyanat “LXR”in liderinin saytında yerləşdirilib.

“Biz artıq gözləməyəcəyik. Biz hücuma keçirik. İlk növbədə diplomatik hücum olacaq”, – İqor Plotnitski deyib.

Onun sözlərinə görə, “LXR” qanuni mövqe tutur. Separatçı lider qeyd edib ki, ali beynəlxalq orqan – BMT Təhlükəsizlik Şurasını Minsk sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək üçün Ukrayna prezidenti Pyotr Poroşenkoya təzyiq etməyə çağırır.

“Ukrayna qanunları və konstitusiyada dəyişikliklərin edilməsi barədə Minskdə bizə vəd verilib. Lakin bunla müzakirə olunmur. Ərazimizin blokadası davam edir. Təqaüdlər və sosial müavinətlər ödənilmir”, – o, bildirib.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası”nın (“DXR”) lideri Aleksandr Zaxarçenko BMT Təhlükəsizlik Şurasına müraciət üçün imzatoplama kampaniyasının başlandığını elan edib. Müraciətdə Minsk sazişinin yerinə yetirilməsi üçün Kiyevə təzyiqlərin göstərilməsi istənilir. Aleksandr Zaxarçenkonun sözlərinə görə, beynəlxalq təşkilatlar “Donbas xalqlarının soyqırımı və anti-terror əməliyyatı adlandırılan cəza əməliyyatının dayandırılması” üçün Ukrayna hakimiyyətinə təzyiq göstərməlidir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

16 yaşlı model Lukoylun 55 yaşlı rəhbəri ilə sevgilidir – FOTOLAR

%d bloqqer bunu bəyənir: