Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100310.jpg

Mühafizəçini döydürən “Range Rover”li xanımın əri həbs olundu

Bakıda mühafizəçini ölümcül döyməkdə ittiham olunan şəxs saxlanılıb. Hadisə bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.

Belə ki, gənc xanım sürücü idarə etdiyi ”– — 003” dövlət nömrə nişanlı son model ”Range Rover” markalı avtomobili park etmək istəyib. Yer olmadığından isə maşını yaşayış kompleksinin həyətinə sürüb. Binanın mühafizəçisi isə həyətdə maşın saxlamağın qadağan olunduğunu deyib.
Bu zaman sözügedən xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ”AA” dövlət nömrə seriyalı ”Mercedes” markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.
Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir. O, hadisədən sonra həbs olunub.(Criminal.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bakıda avtobuslar yarışa çıxdı – Təhlükə, söyüş və lotuluq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: