Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müdafiə Nazirliyi: Sursat və mərmilərin əlavə ehtiyatı yaradılır – VİDEO

Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Bu barədə cümhuriyyət.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ölkənin hərbi sənaye komplekslərində, həmçinin Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda, uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Rejimin üzərinə hər zaman şəstlə gedən Fuad”

%d bloqqer bunu bəyənir: