Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müdafiə Nazirliyi hərbçimizin meyitinin tapılmasını təsdiqlədi

Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: “Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov bir qədər əvvəl APA-ya açıqlamasında bildirib ki, hazırda məlumatın dəqiqləşdirilməsi və meyiti aşkar edilən şəxsin həqiqətən də Azərbaycan Ordusunun hərbi qulluqçusu olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla danışıqlar gedir.

***

11:00

Ermənistan mətbuatı aprelin 16-na keçən gecə təmas xəttində mühəndis-istehkam işləri aparan zaman bir Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Lent.az-ın erməni KİV-inə istinadən xəbərinə görə, bu barədə məlumat Dağlıq Qarabağdakı qondarma qurumun hərbi rəhbərliyinə istinadən verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın Lent.az-a verdiyi məlumata görə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün hər iki tərəflə konfidensial dialoq davam etdirilir. Dialoq konfidensial olduğundan bu barədə ictimaiyyətə məlumat verilmir.

Qeyd edək ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aprelin 14-də yaydığı məlumata əsasən, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz – kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycanlı fəallar Almaniyada etiraz aksiyası keçirəcək

%d bloqqer bunu bəyənir: