Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müdafiə nazirliyi: “Düşmən Naxçıvanda atəşkəs rejimini pozub”

Düşmən Naxçıvanda atəşkəs rejimini pozubSilahlı Qüvvələrimizin Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

 

“Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, nazirliyin məlumatında bildirilir.

 

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Xədicə İsmayıl UNESCO-nun mükafatına layiq görüldü

%d bloqqer bunu bəyənir: