Now Reading:
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi…
Full Article 40 second read

Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi…

“Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətəuyğun olmayan məlumat yayıb”.


24saat.org-un xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir və beynəlxalq hüquq prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhali və obyektləri hədəf seçmir.
“Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: