Müdafiə nazirləri telefonla danışdı – Cəbhədə yaranan vəziyyətlə bağlı


zakir-hesenov3Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlərinin cəbhədə yaranan vəziyyətlə bağlı telefon danışıqları olub.

Cümhuriyyət.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranan vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Rusiya azərbaycanlılarından – Bəyanat

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: