Müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadıldı – DÜŞMƏN TƏRƏF

Yerevan məhkəməsi 2015-ci il noyabrın 25-də zərərsizləşdirilmiş silahlı qrupla əlaqədə şübhəli bilinən Ermənistanın müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan barəsində çıxarılan həbs-qətimkan tədbirini 2 ay müddətinə uzadıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə sabiq məmurun vəkili bildirib.

“Məhkəmə həbsin girovla əvəzlənməsinə dair müdafiənin vəsatətini təmin etməyib”, – deyə vəkil vurğulayıb. Vəkil məhkəmənin qərarına apellyasiya şikayəti verəcəklərini bildirib. Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini, baş nazirin sabiq müavini Vahan Şirxanyan 2015-ci ilin dekabrında həbs olunub.

V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.

Qeyd edək ki, 2015-ci il noyabrın 25-də Yerevanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib.

Cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.

Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Fransa qarışdı: Polis etirazçılara atəş açdı

%d bloqqer bunu bəyənir: