24 saat

Müdafiə Naziri işçilərin maaşını kəsib özünə yaxta aldı – 550 milyona


Səudiyyə Ərəbistanı Krallığının ikinci vəliəhdi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud maaşları kəsib dövlət büdcəsindən özünə 550 milyonluq yaxta alıb.

Qafqazinfo-nun “Millyet”ə istinadən verdiyi məlumata görə, vəliəhdin aldığı 120 metr uzunluğundakı yaxta rusiyalı iş adamlarından birinə məxsusdur.

“The New York Times”ın xəbərinə görə, 31 yaşlı şahzadə Fransada istirahətdə olarkən həmin yaxtanı görüb və bir neçə saat ərzində onu alıb.

Qeyd olunur ki, Məhəmməd bin Salmanın işçilərin maaşını kəsərək bu yaxtanı alması xalq arasında etirazla qarşılanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: