Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
muellim-mekteb-300x187

Müavinini zorladığı deyilən direktor danışdı

Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin direktoru Elşən Qafarov rəhbərlik etdiyi təhsil ocağında baş verənlərdən danışıb.

E.Qafarov bildirib ki, baş verənlər barədə təlimata uyğun olaraq, Bakı Şəhər Baş Təhsil İdarəsinin ayrı-ayrı sektorlarına mütəmadi məlumatlar verib:

“Sadəcə, həm mənim, həm də kollektiv üzvləri haqda deyilən böhtanlar kollektivi də hiddətləndirib. Hazırda məktəb direktoru olduğum üçün təlimata uyğun olaraq, idarənin razılığı olmadan bir araşdırma verə bilmərəm. Artıq ərizəmi yazmışam, sabah kollektivlə sağollaşıb, məktəbi təhvil verəcəyəm. Ləman Babayeva ilə şəxsi münasibətimiz olmayıb. Direktor müavini kimi aramızda çox yaxşı işgüzar münasibət olub. Təbii ki, kollektivlə harasa getmişik. Amma burada xüsusi bir əlaqə olmayıb. Ləman Babayeva isə bu iddiasında qalır. Məqsəd yenə mənim işgüzar nüfuzumu ləkələməkdir. Bununla bağlı rayon prokurorluğunun qərarı var ki, onun dediyi bütün sözlər böhtandır. Hazırda o sənədləri toplayıram və yaxın günlərdə işgüzar nüfuzuma xələl gətirilməsi iddiasıyla məhkəməyə müraciət edəcəyəm”.

E.Qafarovun sözlərinə görə, Ləman Babayeva ilə münasibətləri Rusiyadan direktor müavininin milliyyətcə erməni olması haqda göndərilən məktubdan sonra korlanıb:

“Münasibətlərimizin korlanması Rusiyadan onun erməni olmasıyla bağlı məktubun gəlməsindən sonraya təsadüf edir. Amma ona qədər Ləman Babayeva tez-tez deyirdi ki, məni hansısa məktəbə direktor təyin edəcəklər. Ötən tədris mövsümünün sonunda işə az-az gəlirdi, yaxud gəlib tez gedirdi. Məktub gələndən sonra isə vəziyyət gərginləşdi. Mən 16 yaşımdan Qarabağda döyüşmüşəm, bir qardaşım Mehman Qafarov tank alayının komandiri olub. Sağlığında Milli Qəhrəman adından imtina edib ki, Şuşa azad olandan sonra o adı qəbul edəcəyəm. Keçmiş döyüşçülər bu haqda məlumatlıdırlar. Mən də onun ana nənəsinin erməni olduğunu bilməmişəm. Məktubda da belə göstərilir. Bildiyim qədər onlar ailəlikcə İrəvandan Gəncəyə, oradan da 1970-ci ildə Buzovnaya köçüblər”.

E.Qafarov bildirib ki, Babayeva bir neçə gün öncə bir müəlliməyə də xəsarət yetirib və hazırda Xəzər rayon polis idarəsinin birinci polis bölməsində onun barəsində təhqiqat aparılır.

Qeyd edək ki, 230 saylı orta məktəbin kollektivi Ləman Babayevanın onları təhqir, şantaj etdiyini bildirmişdilər. (Ölkə.Az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Məktəbdə uşağı soyuqdan xəstələnən atanın şikayəti

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: