Loading...
Loading...

Müəllimlər və seçkilər…

Tanınmış təhsil eksperti Etibar ƏliyevModerator.az-a ölkədə keçirilən referendumla bağlı maraqlı yazı göndərib. Həmin yazını təqdim edirik:

Azərbaycanda keçirilən seçkilər həmişə yüksək aktivliklə müşahidə olunub. Sentyabrın 26-da keçirilən Referendumda da biz bunun şahidi olduq.
İngilislərin məşhur “Ana Biritannika” Ensiklopediyasında referendum haqqında bunlar yazılıb:
“Referendum – seçki aləti olub, bunun köməyi ilə elektorat öz istəyini dövlətin siyasətinə, yaxud qanunvericiliyə bildirir. İki cür referendum mövcuddur: Məcburi və qeyri-məcburi referendum. Birincisi qanunun tələbi ilə, ikincisi isə kifayət edən qədər seçicinin imzaladığı petisiyaya görə keçirilir. Məsələn, Avropanın ən demokratik ölkələrindən biri olan İsveçrədə keçirilən referendumlar Avropa milli dövlətlərində keçirilən referendumların yarısı qədərdir”.
Sentyabrın 26 – da keçirilən referendum məcburi xarakter daşıyırdı. Dövrün tələblərinə uyğun Konstitusiyamızda dəyişikliklərə ehtiyac var idi. Və bu da yüksək səviyyədə həyata keçirildi. Referendumda səs verdiyim zaman bir mədəni seçki mühitinin formalaşmasının şahidi oldum. Bunu tədbirin keçirildiyi mühitlə də əlaqələndirmək olar. Seçki məntəqələrinin çoxu məktəblərdə yerləşir. Biz tez-tez eşidirik ki, seçkilər məktəblərdə keçirilməməli və müəllimlər seçkilərdən kənarlaşdırılmalıdırlar. Sual olunur. Seçkiləri keçirmək üçün bizim başqa seçki məkanımız varmı? Mənzil istismar sahələri, yaxud mədəniyyət evləri bütün məntəqələri heç cür əhatə edə bilməz.
Əvvəlki seçkilərdə olduğu kimi referendumda da məktəb və müəllimləri qınaq obyektinə çevirənlər oldu. Yenə sual olunur. Müəllimlər məntəqə üzvü olmasın, onda kim olsun? Market işçiləri, yoxsa Sədərək bazarında alver edənlər?
Qəribədir, kimin əlində bir az qalın olan bülleten görürlərsə, deyirlər müəllimdir. Bütün seçicilər müəllim deyil axı?
Məntəqələrin qarşısında topa dayanan adam görürlərsə, deyirlər, müəllimlərdir.
Müəllimlərə bu cür yanaşmaq doğru deyil. Onlar dövlət tədbirlərində hamıdan aktiv işktirak etməlidirlər. Çünki maarifçilik missiyası onların üzərinə düşür.
Daha mühüm məqam: müəllimlər dövlət tədbirlərində niyə ürəkdən iştirak etməsinlər ki? Axı bu dövlət onların qayğısına kifayət qədər qalır. Müəllimlərin əməkhaqqı mütəmadi olaraq artırılır. Onlara alternativ tədris üçün şərait yaradılır. Avropa standarlarına uyğun məktəblər inşa edilir və s.
Böyük Amerika filosofu və pedaqoqu Con Dyüi “Müəllim və onun dünyası” ktabında yazır:
“Müəllimlər nə etməlidir – öz zamanlarını ötüb keçməli, ya ondan geri qalmalıdırlar? Bəlkə də məntiqlə düşünməyə qabil olan bir kəs sualın məhz bu cür qoyulmasına qarşı çıxa bilər. O deyə bilər ki, başqa bir alternativ də mövcuddur: müəllimlər zamanla eyni anda da irəliləyə bilərlər, zamandan geri qalmaq və ya zamandan irəliyə qaçmaq şərt deyil. Düşünməyə dəyər, müəllimin riayət etməli olduğu bu orta yol bütün istiqamətlərdən ən müdrik olanı deyilmi? Ağılabatan fikrə bənzəyir. Lakin o, labüd olan kəsirlərdən əziyyət çəkir. Daha əvvəl də yazılarımın birində qeyd etdiyim kimi, dövrümüz öz-özlüyündə birmənalı deyil. Bu dövr bir-birinə zidd olan təzadlardan ibarət mozaikanı xatırladır”.
Mən deyərdim ki, bizim müəllimlər zamanla eyni anda irəliləyirlər. Onlar zamanla eyni irəlilədiklərinə görə dövrün təlqin etdiyi dəyişiklikləri duymalı və dövlətçiliyin möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.
Konstitusiyada edilən dəyişikliklər də zamanla ayaqlaşan dəyişikliklərdir. Şopenhauer deyirdi:
“Yalnız indiki zaman  gerçəkdir”. Fikrimcə biz millət olaraq bunu dərk edirik. İndiki zamanda bütün hüquq və azadlıqlarımızı, mükəmməl dövlət idarəçiliyini özündə ehtiva edən konstitusiya bizə çox gərəkdir..

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ANS 1 milyon manat təzminat istəyir

%d bloqqer bunu bəyənir: