Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müəllimin şagirdi zorlamasına görə kim məsuliyyət daşıyır? – Şamaxıdakı rüsvayçılığın pərdəarxası

Bir məktəblinin faciəsinə bu qədər biganəlik olubsa…

Son günlərin əsas müzakirə mövzularından biri də 15 yaşlı məktəblinin öz müəllimindən hamilə qalması xəbəridir. Bəli, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 15 yaşlı 9-cu sinif şagirdi müəllimi Ibrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb və artıq hamiləliyin 7-ci ayıdır.

Onsuz da Azərbaycan təhsili üzqarasına çevrilib, bu hadisə isə təhsilmiz adına növbəti rüsvayçılıqdır. Orta məktəbdə dəhşətli hadisə baş verir və bu hadisəyə 7 ay sonra reaksiya verilir. Müəllimin qurbanına çevrilmiş qızın atası deyir ki, hadisəylə bağlı polisə, prokurorluğa, məhkəməyə, prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm. Göründüyü kimi bu qədər müraciətlərə adekvat reaksiya verilməyib və hadisənin üstündən 7 ay ötüb.

Hansıki, bu hadisəyə görə həmin məktəbin direktoundan tutmuş, təhsil nazirinə qədər hər kəs məsuliyyət daşıyır. Belə bir qeyri-insaniliyi necə gizlətmək olar, belə bir hadisəyə necə göz yummaq mümkündür? Bu həm də ölkədəki hüquqsuzluğun, insanların heç nədən sığortalanmadığının, sadə vətəndaşın səsinin eşidilmədiyinin göstəricisidir.

Deməli, bu hadisə ictimailəşməsəydi həmin müəllim yenə də azdlıqda gəzəcəkdi, həmin valideynini şikayətinə baxılmayacaqdı və daha bir iyrənc hadisənin izi itəcəkdi.

Amma qeyd etdiyimiz kimi bu hadisəyə görə cəzalanmalı olan təkcə müəllim deyil. Aylarla bu hadisədən xəbərdar olub susan məktəb direktoru da, təhsil sahəsini kurasiya edən şəxs də cəzalandırılmalıdır, nazir səviyyəsində münasibət bildirilməlidir. Ailənin müraciətinə bu aylar ərzində niyə baxılmadığı araşdırılmalıdır.

Orta məktəbdə belə hadisələr baş verirsə və belə hadisələrə susqunluq nümayiş etdirirsə, deməli vəziyyət təhlükəlidir. Bu gün məktəblərdə narkotik dövriyyəsinin olduğu da təsdiqlənir, ali məktəblərdə bu hal daha geniş yayılıb və heç bir nəzarət yoxdur.

Bəli, təhsil sistemi korrupsiya ilə yanaşı əxlaqsızlığa, narkomaniyaya bulaşıb. Bütün bunlar isə cəzasızlığın nəticəsidir, qanunların işləməməsinin, heç kimin öz vəzifəsinə məsuliyyətli yanaşmamasının nəticəsidir.

Əgər bir məktəbdə müəllimin şagirdə təcavüzünə bu qədər biganə yanaşılırsa, həmin məktəbdə təhsilin məhv edilməsinə, şagirdin savadsızlaşdırılmasına, rüşvətin at oynatmasına ümumiyyətlə “dur” deyən olmayacaq.

Azadlıq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Federika Mogerini bu gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

%d bloqqer bunu bəyənir: