Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müəllim imtahanında biabırçı nəticə

İş yerini dəyişmək istəyən müəllimlər test imtahanı veriblər. Bu barədə Təhsil Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə keçib.

Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb. (virtualaz.org)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Adam öldür, pulunu ver, azad ol”

%d bloqqer bunu bəyənir: