Loading...

Müəllimlər İnstitutunun filialları bağlanacaq

Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) bu il qəbulun aparılması nəzərdə tutulmayıb.

24saat.org Lent.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev deyib.

Loading...

Y.Piriyev onu da vurğulayıb ki, əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq:

“Ali məktəbin bağlanan filiallarında işləyən müəllimlər digər ali məktəblərə yerləşdiriləcəklər. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var. Bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var, yəqin oraya da yerləşdirilənlər olacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, Sumqayıt Dövlət Universitetinin işdən azad olunan prorektorları kafedra müdiri vəzifəsinə keçiriliblər.

“Ora Elxan Hüseynov rektor əvəzi təyin olunub və həmin şəxs islahatlar həyata keçirir”.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Qanunla qadağandır, amma Bakıda satılır – VİDEO

%d bloqqer bunu bəyənir: