24 saat

MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: “Hazırda “Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən “Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin “Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.

N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: