Now Reading:
MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır
Full Article 40 second read

MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır



“İctimaiyyətin narazılığına səbəb olan, sosial şəbəkələrdə çoxluq tərəfindən obyektiv şəkildə tənqid edilən verilişlər nəzarət altındadır”.

24saat.org xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır: “Yayımçılar tamaşaçıdan gələn reaksiyanı nəzərə almalıdırlar. Bu barədə biz öz iradlarımızı telekanallara mütəmadi olaraq çatdırırıq. Təbii ki, biz Şura olaraq verilişlərin məzmununa müdaxilə etməyi doğru bilmirik. Hər zaman olduğu kimi bu cür məsələlərdə ilk addımı telekanallardan gözləyirik. Məsələn, bu yaxınlarda “Space” belə bir jest etdi. Narazılıq yaradan verilişin bağlandığını bildirdi. Lakin yayımçılar addım atmayanda, inzibati metodlardan istifadə zərurəti yaranır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: