Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mtn1-300x224-1

MTN sabiq baş istintaqçısına ağır ittihamlar

“Mənə qarşı bütün təzyiq və təhdidlərin arxasında Mövlan Şıxəliyev dayanır”

Bakı şəhər sakini Ülviyyə Abdalovanın üzləəşdiyi problemdən bəhs etmişdik. Vurğulamışdıq ki, 2006-2007-ci illərdə bütün əmlakı sabiq MTN yetkililəri tərəfindən alınan, general Mövlan Şıxəliyevin məxsusi təzyiqinə məruz qalan Ü.Abdalovanın 2015-ci ildə, MTN-nin çöküşündən sonra öz haqqını tələb etməsi onu yeni problemlərlə üz-üzə qoyub.

Bu günlərdə müraciət edən Ülviyyə Abdalova 2015-ci ildən sonra MTN-lə bağlı etdiyi şikayətin ardınca M.Şıxəliyevin əl-ayağa düşdüyünü bildirib:

“MTN-lə bağlı Baş Prokurorluğa ünvnladığım şikayətdən sonra M.Şıxəliyev mənlə görüşərək onun adına hallandırmamağı xahiş etdi. O, bildirdi ki, aldığı 3 milyon manat məblğin əvəzində ona 1 milyon manat məblğində pul ödəməyə, habelə Novxanıdakı villasını ona verməyə hazırdır. Bundan başqa, MTN generalı bildirdi ki, “Meşəbəyi” restoranları ona məxsusdur və o, bu restoranlarla da ondan aldığı pulu əvəzləşdirə bilər. Yeganə xahişi isə onunla bağlı şikayətimdən imtina etmək idi”.

Orxan Babayevin zühuru və ya Mövlan Şıxəliyevin yalvarışlarına son!

Ü.Abdalovanın bildirdiyinə görə, M.Şıxəliyevin yalvarışları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayevin meydana çıxmasından sonra MTN generalı ona dəyən zərəri ödəməkdən qəti şəkildə imtina etdi:

“M.Şıxəliyevlə bağlı prokurorluğa ünvanladığım şikayətin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayevə həvalə ediləndən sonra M.Şıxəliyev əsl üzünü göstərməyə başladı. Onun xahiş və yalvarışlarına son qoyuldu. O, açıq şəkildə mənə dedi ki, daha sənə bir qəpik də olsun pul ödəməyəcəm, get kimə istəyirsən şikayət et.

Mən əvvəlcə M.Şıxəliyevdəki bu dəyişikliyin səbəbini başa düşmədim. Amma qısa müddətdən sonra O.Babayev mənə açıq şəkildə təzyiq göstərməyə başladı. O.Babayev mənə bildirdi ki, mən M.Şıxəliyevlə bağlı şikayətimdən imtina etməliyəm. Əks-tqdirdə mənə ciddi problemlər yaradacaq. Mən bu zaman başa düşdüm ki, M.Şıxəliyev bu məsələdə O.Babayevə arxayındır və buna görə mənə dəyən zərəri ödəməyə ehtiyac duymur”.

Medallı müstəntiqin zərərçəkən üçün qurduğu məhşər

Şikayətçinin sözlərinə görə, işin araşdırılması O.Babayevə həvalə ediləndən sonra adıçəkiln müstəntiq sözün həqiqi mənasında onu çarmıxa çəkməyə başladı:

“O.Babayev hər ötən gün mənə qarşı təzyiqləri artırmağa, təhdid və şantaj etməyə başladı. O, açıq şəkildə mənə deyirdi ki, nə qədər ki, M.Şıxəliyevlə bağlı şikayətindən imtina etməmisən, nə qədər ki, MTN olaylarında sən dəyən ziyanın qaytarılmasını tələb edirsən, sənin həyatını cəhənnəmə döndərəcəm.

Mən O.Babayevə deyəndə ki, onun bu qanunsuz tələblərindən şikayət edəcəm, o, prokurorluğun medallı müstəntiqi olduğunu bildirir. Kimsənin ona nə isə etmək iqtidarında olmadığını vurğulayırdı. Medalını etdiyi qanunsuzluqlara qalxan edən O.Babayev zamanla məni və ailəmizi həqiqətən də məhşər ayağına çəkməyə başladı”.

“Orxan Babayevin iş yeri mənim qapımın astanasıdır?”

Ü.Abdalovanın sözlərinə görə, O.Babayevin təhdid və təzyiqləri o həddə çatır ki, medallı müstəntiq gün ərzində bir neçə dəfə onun mənzilinə gəlməyə, saatlarla qapısı ağzında dayanmağa, onu qapı arxasından təhdid etməyə başlayır:

“O.Babayev bəlli bir müddətdən sonra tez-tez yaşadığım evə gəlməyə, məni qapı arxasından hədələməyə başladı. O, məni hədələyərək qapını açmağımı istəyir, şikayətimi geri götürməyi tələb edirdi. O.Babayev ətrafdakı insanların gözü qarşısında qışqıra-qışqıra bəyan edirdi ki, o, prokurorluğun medallı müstəntiqidir və istədiyi şəxslə istədiyi kimi davrana bilər. O.Babayev səhərdən gecə saatlarına qədər evimə o qədər çox gəlib-getməyə başladı ki, mən O.Babayevin iş yerinin qapımın astanası olduğunu düünməyə başladım. Çünki bütün işi mənzilim önündə keşik çəkmək olan O.Babayevin prokurorluq kimi məsul bir qurumda vaxt tapıb necə çalışdığı bu gün də mənim üçün çox təəccüblüdür”.

“Prokurorluq orqanlarından tamamilə razıyam, bir tək şikayətim Orxan Babayevlə bağlıdır”

Şikayətçi prokurorluq orqanlarından əsla şikayətçi olmadığını, yeganə şikayətinin O.Babayevlə əlaqədar olduğunu vurğuladı:

“Mənim nə Baş Prokurorluq, nə onun rəhbər heyəti, nə də ümumiyytlə prokurorluq orqanlarından heç bir şikayətim və narazılığım yoxdur. Mən bu qurumdan və onun rəhbərliyinin fəaliyyətindən tamamilə razıyam. Mənim yeganə şikayətim fərd olaraq O.Babayevlə bağlıdır. Çünki prokurorluq əməkdaşı adına yaraşmayan hərəkətlərə yol verən, bu məsul vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək mənə qarşı qanunsuz addımlar atan, məni uydurma və gülünc ittihamlarla məsuliyyətə cəlb etməyə çalışan O.Babayevdir. O, etdiyi bu özbaşınalıqların və utancverici hərəkətlərin fərqində olmasa da, mən hüquq təhsili olan bir şəxs kimi O.Babayevin əvəzinə Baş Prokurorluğun bütün rəhbər və sıravi heyətindən üzr istəyirəm və ümid edirəm ki, prokurorluq orqanı onun adına ləkə gətirən O.Babayevlə yollarını gec-tez ayıracaqdır”.

(moderator.az)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Fikrət Fərəməzoğlunun məhkəməsi başladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: