Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mahmud_haciyev

“MTN rəhbərliyinə torpaq verən dövlət yetkililəri məsuliyyətə cəlb olunmalıdır”

 

Mahmud Hacıyev: “Bu torpaqlar nə bələdiyyə sədrlərinin, nə də icra başçılarının dədə-baba mülkü olmayıb”

Vaxtiylə MTN rəhbərliyində təmsil olunan bir çox generalın həm ölkə paytaxtı, həm də əyalətlərdə yüz hektarlarla torpaq sahəsinə, plantasiya və bağ massivlərinə sahib oması ilə bağlı ölkə mətbuatında çoxlu sayda informasiya yer almaqdadır. Maraqlıdır, MTN rəhbərliyinə dövlət balansında olan torpaqları gen-bol peşkəş edən, el dili ilə desək, hamam suyu ilə dost tutan bələdiyyə sədrləri və icra başçıları məsuliyyətə cəlb edilməlidirmi?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev keçmiş MTN rəhbərləri ilə yanaşı, bu şəxslərin də məsuliyyətə cəlb edilməsi gərəkdiyini vurğuladı:

“Şübhəsiz ki, dövlət torpaqlarını öz ata-baba torpağı kimi MTN generallarına peşkəş edən bələdiyyə sədrləri, icra başçıları məsuliyyətə cəlb edilməli, bu özbaşınalıqları üçün cəzalandırılmalıdırlar. Çünki bu torpaqlar onların şəxsi mülkü olmayıb ki, bunu istədikləri adama bağışlasınlar, yaxud pay versinlər. Bunlar dövlət balansında olan torpaqlar olub. Odur ki, KİV-də dərc edilən bu kimi informasiyalar əlaqədar orqanlar tərəfindən araşdırılmalı, bu cür qanunsuz əmələ yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Bu cür şəxslərlə bağlı hüquqi müstəvidə gərəkli ölçünün götürülməsi zəruridir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Yaqland İlqar Məmmədovla bağlı qərarı pislədi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: