Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“MTN-nin çəkdiyi seks kasetləri hər an yayımlana bilər”

Mahmud Hacıyev: “Bunu kiminsə əngəlləməsi mümkünsüzdür”

Sabiq MTN rəhbəri Eldar Mahmudov və onun komandasının 2800 qədər intim kasetə sahib olduğu ilə bağlı fikirlər səslənir.
Maraqlıdır, proseslərin bundan sonra da E.Mahmudov və onun komandası üçün arzuedilməz məcrada inkişaf edəcəyi təqdirdə bu kasetlər sabiq komanda üzvlərindən hər hansı biri tərəfindən internet vasitəsilə yayımlana bilərmi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev seks kasetlərinin hər an yayımlana biləcəyini vurğuladı:
“Seks kasetləri hər an yayımlana bilər. Buna kim əngəl ola bilər ki? Söhbət yalnız E.Mahmudovdan getmir. Onun əlinin altında neçə nəfər general, polkovnik olub. Onların bir qismi həbs olunub. Bu insanların yaxın adamları var. Ola bilsin ki, həmin kasetlər onların yaxın adamlarındadır. Tutulmayan sabiq MTN əməkdaşları var ki, bu kasetlərin onlarda olması da mümkündür. Bu səbəbdən də həmin kasetlərin ictimaiyyiləşməsi ehtimalı həmişə yüksəkdir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Vergilər Nazirliyi paytaxt restoranlarını 15 günlük nəzarətə götürdü

%d bloqqer bunu bəyənir: