Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mtn-bina.jpg

MTN generallarının ağılalmaz fırıldaqları üzə çıxdı

Onları inandırıblar ki, xidməti vəsiqə almamaları normaldır, çünki…

Sabiq MTN generalları yüzlərlə şəxsi bu qurumun məxfi şöbəsinə işə düzəltmək adı ilə aldadaraq onlara yüz min manatlarla pul atıb. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, onlarla şəxsdən işə düzəltmək adı ilə külli miqdarda pul alan MTN əməkdaşları bu adamları adıçəkilən qurumun məxfi şöbəsində işə düzəldiklərinə inandırıb. “İşə düzəldiyi” üçün xeyli miqdarda pul ödəyən şəxslər aylar keçsə də, MTN vəsiqəsi ilə təmin edilməyiblər. Bu isə həmin şəxslərdə narahatçılığa səbəb olub. Lakin həmin şəxslərin “işə düzəlməsinə” vasitəçilik edən MTN əməkdaşları onları inandırıblar ki, məxfi şöbə əməkdaşlarına xidməti vəsiqə verilmir və bu, onların kimliyini gizli saxlamaq üçün müəyyənləşən rəsmi prosedurlardan biridir. Sabiq generallaırn əlaltıları bir qədər də uzağa gedərək bildiriblər ki, hətta məxfi şöbənin əməkdaşlarının şəxsi işi də MTN-də saxlanılmır. Məqsəd bu kəslərin kimliyini MTN-nin digər əməkdaşlarından da gizli saxlamaq, məxfiçiliyi qorumaqdır.

Bilgili qaynağın sözlərinə görə, MTN tərəfindən bu şəkildə “işə götürülən” şəxslərin “işdən çıxarılması” da maraqlı şəkildə həyata keçirilib. Belə ki, “işə düzələn” şəxslərə bir neçə aydan sonra süni problem yaradan, onları müxtəlif məsələlərdə “yüngülcə ilişdirən” MTN əməkdaşları daha sonra həmin şəxslərə işdən çıxarıldıqları və barələrində daxili araşdırma aparıldığı bildirib.

Mənbənin sözlərinə görə, bu qəbildən olan şəxslər arasında həbsə düşməmək üçün əlavə pul verən və sadəcə işdən qovulmaqla canlarını qurtardıqları üçün sevinənlər belə olub.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Çovdarov “lotu Quli”dən kimi öldürməyi istəyibmiş? – qatı açılmamış qətllə bağlı sensasion iddialar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: